Suriya ordusu bütün cəbhə üzrə irəliləyir | VİDEO

Suriya ordusu bütün cəbhə üzrə irəliləyir    | VİDEO
  19 Yanvar 2026    Oxunub:833
Suriya ordusu Mənbicdən cənub-şərqdə yerləşən Tişrin bəndinə nəzarətə yiyələndikdən sonra bu gün səhər saatlarında Fərat çayını keçərək Ayn əl-Ərəb (Kobani) ilə Rakka şəhərinin mərkəzi arasındakı əraziyə doğru irəliləməyə başlayıb.
AzVision.az xəbər verir ki, Suriya ordusunun hücumunun digər ərazisi Fəratı çayının şərqində və Rakkanın şimalında yerləşən Ayn-İsa dərəsi olub. Bu sektorda fəaliyyət göstərən qüvvələr Ayn əl-Ərəb bölgəsinin cənub rayonlarını da döyüşmədən nəzarətə götürüb.

Üçüncü xəttə - Rakkanın mərkəzindən Tel Abyad-Rəsulayna doğru irəliləyiş də döyüşsüz tamamlanıb.

YPG/SDQ qruplaşmasına qarşı Suriya ordusunun yanvarın 15-i axşam saatlarında başlatdığı əməliyyat zamanı Mənbic bəndi ərazisində ara-sıra şiddətli döyüşlər getsə də, mövqelərdə heç bir dəyişiklik baş verməyib.

“YPG/SDQ-nin hökumət strukturlarına inteqrasiyası üçün atəşkəs razılaşması çərçivəsində Suriyanın şimal-şərqində, kürd əhalisinin kompakt şəkildə yaşadığı Cəzirə bölgəsinə qoşun yeritməyə başlanılıb”, - Suriya ordusunun bəyanatında bildirilir.

Ərdoğan: “Suriya terrorçulardan təmizlənməlidir”
Bəyanatda bu addımın regional təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanıb. Suriyanın “Əl-İxbariya” telekanalının məlumatıan görə, qoşunların yerləşdirilməsi regionda vəziyyətin sabitləşdirilməsi prosesinin bir hissəsidir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə telefon danışıqında terrorçularla mübarizədə Ankaranın Dəməşqə dəstəyini davam etdirəcəyini vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   ordu   irəliləyiş  



Xəbər lenti